Turistlər uzun müddət təsirində qaldıqları mədəniyyət şokunu anladır


1.   “Venezuelada bir ailəni axşam yeməyinə dəvət etdik, amma getmək bilmirdilər. Kanadada böyümüş atam nəzakət xətrinə “Biz də çox yorulduq” kimi cümlələr işlədərək vəziyyəti izah etməyə çalışırdı. Hətta sonda atam dözməyib “Çox yorğunuq, artıq yatmaq istəyirik, niyə getmirsiniz?” deyə dilə gəldi. Qonaqlarımızda eyni şəkildə əsəbi-əsəbi “niyə bayaqdan bizi buraxmırdınız?” dedilər.

Sən demə, Venezuelanın mədəniyyətində qonaq getmisinizsə, ev sahibləri demədikcə getmək olmaz. Kanada mədəniyyətində isə qonaqların getməyini istəmək ayıb sayılır”.

 

2.   “Xorvatiyada sadəcə evinizi yox, evinizin olduğu məhəlləni də təmizləmək bir adətdir”.

3.   “Amerikada yaşadığım ən böyük şok aldığınız məhsulların qiymətinə vergilərin əlavə edilməmiş olması oldu. Məhsula nə qədər ödəyəcəyinizi kassaya çatana qədər bilmirsiniz”.

4.   “Taylandda balaca uşaqlar həyatlarında ilk dəfə ağdərili birini gördükləri üçün mənə çox təəccüblənmiş və dərimə toxunmuşdular. İki tərəf üçün də mədəniyyət şoku idi”.

5.   “İndoneziyada ictimai nəqliyyata mindiyiniz anda yanınızda oturan insanlar sizinlə söhbətləşməyə başlayır. Ailənizdən şəxsi həyatınıza qədər hər şey ilə bağlı detallı suallar verib mühakimə edirlər: “Niyə uşağınız yoxdur, niyə köksən, saçını niyə kəsdirmisən və s.””

6.    “Bəlkə də qəribə bir şey deyil, amma Hindistanda oğlanların əl-ələ gəzməsinin dostluğu bildirdiyini biləndə təəccüblənmişdim.”

7.   “Çilidə sabaha görüşməyi planlasanız, gələn həftə, gələn həftə görüşək dediyiniz təqdirdə heç zaman görüşməzsiniz”.

8.   “Yeni Zenlandiyada insanlar hər yerdə ayaqyalın gəzir”.

9.   “Amerikada 911 təcili qaynar xətt nömrəsinə zəng etdiyiniz təqdirdə həm tibbi yardım komandası, həm polis, həm də yanğın söndürmə xidməti hadisə yerinə gəlir. Səhv bildiriş olsa belə,  təcili tibbi yardım ödənişlidir”.

10.   “Finlandiyada insanlar günün bütün yemək saatlarında süd içirlər. Hətta südü qəribə yeməklərlə qarışdırırlar, fastfood menyularında burgerlə birlikdə südü içki olaraq servis edirlər”.

 

Mənbə: Onedio.com


Paylaş :

Oxşar məqalələr

call us Zəng et whatsapp Whatsapp