Qana çörək batırıb yeyən nenlər və qəribə adətləri
Rusiyanın şimalında, Yamal adasında yaşayan nenlər hələ də köç həyatı yaşayırlar. Bu insanlar dondurucu soyuqda həyatda qalmağa çalışır və çadırlarında dünyadan təcridolunmuş bir həyat sürürlər. Gəlin, qəribə yemək vərdişləri olan bu xalqı daha yaxından tanıyaq.
1) Nenlər hər il payızda cənuba köç edirlər.
Rusiyanın şimalında -70 dərəcə soyuqda sadəcə atəş və çadırla həyatta qalmaq mümkün olmadığından nenlər qış başlamadan yarımada üzərində ən cənub bölgəyə gedirlər. Yayda isə yenidən şimala üz tuturlar.
2) Hər ailə 40-50 nəfərdən ibarətdir.
Geniş ailələr şəklində yaşayan nenlərdə bir ailə bir obanı təşkil edir. Obaların hər birində 200-ə qədər nen maralı mövcuddur və bu obalar zaman-zaman bir araya gəlib maral yarışdırma müsabiqələri təşkil edir. Müsabiqənin qalibinə sağlam bir maral hədiyyə edilir. Hər ailənin öz rəisi olur və köçə rəis qərar verir.
3) Çadırlar ən az iki qat maral dərisi ilə örtülür.
Çətin hava şəraitində həyatta qala bilmək üçün çadırlarını azı 2 qat maral dərisi ilə örtürlər. Çadırların içi isti qalsın deyə odun sobaları qururlar. Donma təhlükəsi ilə üz-üzə olmamaq üçün mütəmadi olaraq odun kəsmək və yeniləmək məcburiyyətindədirlər.
4) Daha çox maral və dovşan əti yeyirlər.
Səhər yeməyində belə ət yediyinizi düşünə bilirsiniz? Rusiyanın dondurucu soyuqlarında tərəvəzlər yetişmədiyi üçün mütəmadi olaraq ət yeməli olurlar. Donmuş çaydan balıq ovlayan nenlər əti çiy olaraq hissələrə bölüb yeməklə qalmayıb, hətta axan qanı da qaşıqla içirlər.
5) Texnologiyadan uzaq həyatları var.
Kapitalizm onlara görə deyil. Kirayə pulu ödəmir, internet nədir bilmirlər. Həyatları köç etmək, çadır qurmaq və ailələrini yaşatmaqdan ibarətdir.
6) Xizək düzəldərək dolanışığı təmin edirlər.
Hər nen obasında özünün xizək düzəldə bilən şəxsləri var. Rusiyanın fərqli bölgələrindən gələn sifarişlərə əsasən, xizək düzəldib satırlar. Nenlərdə xizəyin ölçüsünü ailənin böyüklüyü müəyyənləşdirir: böyük ailələrdə böyük, kiçik ailələrdə kiçik xizək. 6 yaşından etibarən, bütün oğlanlara xizək düzəldilməsi öyrədilir.
7) Əcdadlarının dini inanclarının izindən gedirlər.
Nenlər başqa xalqlardan təsirlənmədikləri üçün hələ də əcdadlarının min illər öncəki inanclarına bağlıdırlar. Gündəlik işlərindən əlavə şaman ayinləri düzəldir və ölüləri adətlərə əsasən dəfn edirlər.
8) Nenlərin köçəri həyatı yox olma təhlükəsi ilə üz-üzədir.
Nenlərin uşaqları məktəbə göndərilmir və cinsiyyətlərinə
görə görməli olduqları işlərə yönləndirilir. Qızlar analarına ev işlərində kömək
edir, oğlanlar isə xizək sürmək, düzəltmək,
odunçuluq və ovçuluq kimi işlərdə ailələrinə dəstək olurlar. Lakin bu gənclər artıq ömürlərini xizək sürüb
çadır içində yaşamaq yerinə şəhər həyatına yönəlmək istəyirlər, çünki modern həyat
onlar üçün daha güvənlidir. Bu səbəbdən artıq bir çox nen gənci ailəsini
çadırlarda qoyub şəhərlərə yönəlir.
Paylaş :