Təbiətdə ikən edə biləcəyiniz maraqlı fəaliyyətlər
Çox zaman tətilə çıxarkən xarici filmlərdə izlədiyimiz
kimi vaxtımızı maraqlı keçirə bilmirik, xüsusilə də ailə ilə səyahət zamanı tətil
yemək, içmək və yatmaqdan ibarət olur.
Tətil anlayışınıza maraq və adrenalin qatmaq üçün edə biləcəyiniz və təbiətə çıxdığınız zaman günə əyləncə qatacaq bəzi maraqlı fəaliyyətləri sizinlə bölüşürük:
1. Ətrafı müşahidə edin.
Meşədə olarkən vəhşi heyvanları nəzərə alaraq yolunuzu itirmədən bölgəni gəzə bilərsiniz. Bu işdə bələdçi də sizə yardım edə bilər. Bitkiləri, relyefi, mənzərəni kəşf etmək ruhən dincəlməyinizə səbəb olacaq.
2. Meşədə gəzinti zamanı qarşılaşa biləcəyiniz canlılar arasında göbələklər yer alır.
Hərəkət etməsələr də, tam da zərərsiz
sayılmazlar. Göbələklər, onların növləri və s. haqqında məlumat əldə edib və ya
artıq məlumatı olan birisinin müşaiyəti ilə göbələk toplaya bilərsiniz.
Axtarmaq, tapmaq, öyrənmək təkcə əyləncəli deyil, həmçinin maarifləndiricidir.
3. Ulduzları seyr edin
Ulduz sistemlərini və planetləri müşahidə etmək
maraqlı, cəhətləri tapmaq isə zəruri bir fəaliyyət növü ola bilər.
Astrologiyaya marağınız olmasa belə, bizdən milyardlarca uzaqlıqda yerləşən bu
möcüzəvi işıq toplarını müşahidə etmək insanı ruhən sakitləşdirir, qısa müddətlik
də olsa, problemlərdən uzaqlaşdırır, daha ümidli olmağımıza gətirib çıxarır.
4. Təbiətdə olarkən "bushcraft" ( təbii şəraitdə həyatda qalma) bacarıqlarınızı inkişaf etdirə bilərsiniz.
Buna təbiətə və meşə heyvanlarına zərər verməyəcəyiniz şəkildə ocaq qalamaq, sönməməsi üçün nəzəratdə saxlaya bilmək və sonda söndürmək, yemək tapmaq, bişirmək, sığınacaq və ya çadır qurmaq və s. daxildir. "Bushcraft" insanların ilkin şəkildə yiyələnməli olduğu bacarıqdır.
5. Meditasiya, nəfəs məşqləri, yoqa edə, ana qayıtmaq üçün səsləri, görüntüləri, düşüncələrinizi müşahidə edə bilərsiniz.
Əlavə olaraq, tapdığınız maraqlı daşları, yarpaqları yığa bilərsiniz. Ağacları qucaqlamağı unutmayın :)
Əsmər Bağırova
Paylaş :