Halloween nədir? Halloween-i qeyd etmək üçün 10 ideal yer


“Halloween” bayramının mənşəyi Avropadakı qədim  Bütün Müqəddəslər günüdür. Festival ərzində bütün müqəddəslər qeyd olunur (sehrli əşyalar yox). İnsanlar müqəddəslər kimi geyinib qapı-qapı gəzərək mahnılar oxuyur, “ruh keki” şirniyyatını tələb edirdilər. Bu adət bu günki “trick or treat”( qapılara qorxulu geyimdə yaxınlaşıb şirniyyat istəmə) adəti buradan əsas götürüb.

Digər bir çox Halloween adətləri qədim Samhain festivalından qaynaqlanır. Samhain  oktyabrın sonlarında mövsüm dəyişikliyinin qeyd olunması və günlərin qısalması ilə əlaqədar qeyd olunurdu. İnanılırdı ki, bu müddətdə ölü ruhlar yer üzünə qayıdıb yaşayanları ziyarət edir.

Halloween-i keçirmək üçün ən yaxşı 10 məkanı sizlərə təqdim edirik:


1.İrlandiya


İrlandiyada Halloween adətləri arasında fala baxma, ocaq qalama, meyvəli keklər yemə və bəzənmə var. İrlandiyanın Derry şəhəri Avropanın ən böyük Halloween festivalını təşkil edir.  Burada lənətlənmiş evləri, ruh turu paradlarını, qorxulu hekayə anladımlarını və başqa maraqlı Halloween fəaliyyətləri mövcuddur.


2. Şotlandiya


İrlandiya kimi Şotlandiyanın da keltik kökləri və Samhain-ə qədər uzanan maraqlı adətləri var. Xristianlığın yayılmasından sonra belə bu adətlər özünü qoruyub saxlaya bilmişdir. Maraqlı geyimlər geyinmək, fanarla qapı-qapı gəzib konfetlər istəmək, su dolu vedrədən yalnız ağzı işlədərək alma götürmə oyunu bu adətlərlə  birbaşa əlaqəlidir. Əgər Halloween üçün Şotlandiyaya getmək istəsəniz, Edinburqun “Royal Mile” küçələrində Halloween abu-havasını daha çox hiss edə bilərsiniz.


3. London, İngiltərə


İngiltərə  vahiməli qalalar və lənətli evlərlə dolu olsa da, Halloween-i qeyd etmə məkanı məhz Londondur. Bir çox qaranlıq zindanları, qədim tikililəri və ruhlu attraksiyonları ilə London fürsəti dəyərləndirərək çoxlu bayram şənlikləri keçirir.


4. Transilvaniya, Rumınya


Halloween-i qeyd etmək üçün məşhur vampir Drakulanın vətənindən ideal hara ola bilər ?! Drakulanın qalasını ziyarət edən turistlərə qoşula bilərsiniz.  Rumınyada daha bir çox qorxulu qalalar var. Rumınlar həmçinin 1 Noyabr tarixini Ölülər günü kimi qeyd edirlər.


5. İtaliya


İtaliyada Bütün Müqəddəslər Günü  hər  bölgədə fərqli şəkildə qeyd olunur, lakin bunlardan ən məhşuru Venesiyada olandır.  Qeyri-adi Halloween məkanı olan Venesiyada insanlar cürbəcür kostumlar geyinir və lənətli olduğu iddia olunan adalara üz tuturlar. Özünü “Halloween-in Italiyadakı paytaxtı” adlandıran Carinaldo şəhərində hər il oktyabrın 31-də alov festivalı və müxtəlif attraksiyonlar mövcuddur.


6. Praqa, Çex respublikası


Praqa Avropanın ən qotik şəhərlərindən biridir. Qeyd edək ki, şəhər vahiməli yerli əfsanələr, lənətli məzarlıqla doludur, hətta burada İşgəncə muzeyi də var. Çexiyanın digər bölgələrində ənənəvi olaraq Halloween ciddi şəkildə qeyd olunmur, lakin Praqada siz həmişə bayramı qeyd etmək üçün maraqlı üsullar tapa bilərsiniz.


7. Belçika


Buradakı bir çox şəhərlər qorxu dekorları və kostyum partiləri ilə festivallar təşkil etsə də,  Brüsseldə hər şey tamam başqa səviyyədədir. Buradakı şəhər üzmə hovuzu qırmızı rəngə boyanaraq “qan hovuzuna” dönüşdürülür, beləcə kostyumlu uşaqlar bu suda üzürlər. Bir çox ruh turları və partilər təşkil olunur. Digər məşhur məkan isə Ostend bölgəsidir. Qorxu paradları, vahimə dolu festivalları və daha bir çox xüsusiyyətləri ilə “Belçikanın Halloween şəhəri” adını alıb.


8. Amsterdam


Şəhərdə ən kreativ kostyum partiləri kafelərdə, restoran, klub və hətta muzeylərdə təşkil olunur. Ziyarətçilər ruh turları, musiqili konsertlər və bütün gecə qorxu filmi maratonlarına qoşula bilərlər.


9. Meksika


Meksikada noyabrın 2-si Dia de los Meurtos, yəni Ölülər Günü kimi qeyd olunur. İnanca əsasən, həmin gün ruhlar ailələrini ziyarət etmək üçün geri qayıdırlar. 31 oktyrabrdan başlayaraq festival 3 gün davam edir.


10. Salem


17-ci əsr əcinnə ovu ilə məşhur Salem  əsrlərdir ki, qorxu həvəskarları üçün cazibəli bir məkan olmuşdur. Dənizkənarı şəhər olan Salemdə Cadugərlərin Halloween Festivalına qatıla bilərsiniz.


                                                                          Əsmər Bağırova


Paylaş :

Oxşar məqalələr

call us Zəng et whatsapp Whatsapp