Dünya ölkələrində ən qəribə etika qaydaları


Hər bölgənin cəmiyyəti əsasında formalaşan özünəməxsus yazılmayan qayda-qanunları var. Səyahətlərdən öncə belə qaydaları öyrənmək vacibdir. Coach Tourism olaraq, dünya ölkələrində ən qəribə qaydaları bir araya topladıq:


1)İtaliyada boşqabın dibini görmək məcburiyyətindəsiniz.



Pizza, pasta və kofeləri ilə məşhur, zəngin mətbəxə sahib İtaliyada boşqabınızdakı yeməyi mütləq bitirmək lazımdır. Əgər yeməyi sona kimi bitirməsəniz, bu, yeməyi bəyənmədiyiniz anlamına gəlir. Xüsusilə də, qonaq getmisinizsə, buna diqqət etməlisiniz. Bu qaydanın çox da sərt olmayan halı türk mədəniyyətində də mövcuddur.

 

2) Baş toqquşduraraq salamlaşma burada xoş qarşılanmır.

Söhbət Budizmdən gedir. Bu inanca görə, baş və başla əlaqədar hər şey müqəddəs hesab edildiyindən bu davranış yaxşı hesab edilmir. Xüsusilə, Tailand və  Malayziyaya gedənlərin bu mövzuda həssas davranması lazımdır. Malayziyada başa toxunmaq və ya başın üzərindən əşya keçirmək pis təəssüratlara səbəb ola bilər. Tailandda ruhun başda oturduğuna inanıldığı üçün balaca uşaqların belə başına sığal çəkmək xoş qarşılanmır.



3) Avstraliyada taksiyə minəndə arxa oturacağa oturmaq kobudluq göstərgəsidir.

 Bu ölkədə arxa oturacaqda oturmaq taksi  sürücüsünü sadəcə “sürücü” olaraq gördüyünüz anlamına gəlir və kobudluq sayılır.



4) Burada gecikmək məqbuldur.

Dünyanın hər yerində dəvət olunan yerə vaxtında çatmaq məsuliyyətli olmaq kimi qəbul edilir. Brazilyada isə vəziyyət bir az fərqlidir. Belə ki, burada ev sahibləri vaxtında və ya erkən gəlməyinizi istəmirlər, çünki hər şeyi çatdıra bilməyə bilərlər. Buna görə də bir az gecikməniz daha yaxşıdır. Pizza və burgerlər daxil, yeməkləri çəngəl-bıçaqla yemək adətləri də var.


5) Fransada yüksək səslə danışmaq kobudluq sayılır.

Fransızlar olduqları məkan və vəziyyətə görə səs tonlarını müəyyənləşdirərək danışırlar. Belə ki, yan masadakıların nə danışdıqlarını eşitməyəcək qədər alçaq səs tonundan istifadə edirlər. Yüksək səs tonu dünyanın bir çox yerində kobudluq kimi qəbul edilsə də, fransızlar bu mövzuda daha diqqətlidirlər.



6) Rusiyada cüt rəqəmlərə diqqət etmək lazımdır.

Rusiyada birinə çiçək hədiyyə edəndə bu, mütləq tək sayda olmalıdır, çünki cüt sayda yalnız cənazələrdə işlədilir. Buna bənzər adət bir çox Asiya ölkələrində də mövcuddur.

Misal üçün Yaponiyada gəlin və bəyə cüt sayda aksesuar hədiyyə etmək xoş qarşılanmır.



7) Macarıstanda qədəhləri toqquşdurmaq yaxşı bir hərəkət deyil.

Xüsusilə də, içki qədəhlərini toqquşdurmağın Macarıstanda başqa bir mənası var. Bu, düşmanların zəfər qazananda içki toqquşdurub üz büzməsini xatırlatdığı üçün xoş qarşılanmır.



8) Cənubi Koreyada yemək çubuqlarını istifadə edərkən diqqətli olun !

Yemək çubuqlarının istifadəsi dünyanın bir çox ölkələri üçün çətin olsa da, Asiya ölkələrində olduqca məşhurdur. Cənubi Koreyada yeməyi bitirdikdən sonra boşqabda çubuqları saxlamaq kobud bir davranışdır. Səbəb isə bunun cənazə mərasimlərində yandırılan buxuru xatırlatmasıdır.



9) Bu ölkədə lağ etmək pozitiv bir hərəkətdir.

Çox ölkədə birini lağa qoymaq kobudcadır, amma Meksikada əksinədir. Qrupla oturarkən və ya bir dəvətdə size lağa qoyurlarsa, bu, sizi qəbul etdiklərini göstərir.

                                                                   Əsmər Bağırova

Sizə ən qəribə gələni hansı oldu?


İnstagram hesabımızda fikirlərinizi yazmağı unutmayın : @coach.turizm


Paylaş :

Oxşar məqalələr

call us Zəng et whatsapp Whatsapp