Misirin yeni turizm naziri Ahmed İssa oldu
Misirdə turizm naziri yenidən dəyişib. Əhməd İsa əvvəllər Xalid Əl-Anani tərəfindən idarə olunan Misirin Turizm və Qədim Əsərlər Nazirliyinə təyin edilib. İsanın bu vəzifəyə təyin olunmasında turizm sektorunda islahatların aparılması zərurətinin əsas rol oynadığı bildirilir.
Bildirilib ki, yeni turizm nazirinin məqsədi ölkəyə gələn turistlərin sayını, bazar müxtəlifliyini və turizmdə keyfiyyəti artırmaqdır. Turizm sektorunu ən sürətli valyuta artırma mənbəyi olaraq görən Misir sektorun iqtisadiyyata töhfəsini artırmağı planlaşdırır.
Nazirin artıq turizm sektorunun gözləntilərini, müraciət və şikayətlərini toplamağa başladığı bildirilib.
Paylaş :