Sankt-Peterburqun Turizm Mütəxəssisləri Azərbaycana Səfər Edəcəklər
Avqustun 30-da Rusiyanın Sankt-Peterburq şəhərinin turizmin inkişafı üzrə komitəsinin üzvləri Azərbaycana səfər edəcəklər.
ZCOACH Travel ATCHA -a istinadən xəbər verir ki, səfərin məqsədi ölkənin Şimal paytaxtını tanıtmaq və onun turizm potensialını təqdim etməkdir.
Xatırladaq ki, iyulun sonunda komitə qonaqpərvərlik sənayesinin ən yaxşı nümayəndələrini “Sankt-Peterburqa xoş gəlmisiniz!” rod-şousunun keçirilməsi üçün Qazaxıstanın Almatı və Nur-Sultan şəhərlərinə göndərib. Qurum bəyan edib ki, hotel operatorları, muzeylər və agentliklər öz məhsullarını birbaşa təqdim etmək və daha tez yeni müştərilər əldə etmək imkanı əldə edəcəklər.
Paylaş :