ATCHA-dan vətəndaşlara xəbərdarlıq


ATCHA-Dan Vətəndaşlara Xəbərdarlıq

Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyası vətəndaşları diqqətli olmağa çağırır. 

ZCOACH Travel atcha.org.az-a istinadən xəbər verir.

Son zamanlar yay mövsümü ilə əlaqədar tur şirkətləri ilə bəzi problemlər gündəmə çıxır. Belə ki, müxtəlif "tur şirkəti" adı ilə fəaliyyət göstərən qruplar vətəndaşları aldadaraq pullarını mənimsəyir. Toplu şikayətlərə əsasən,  Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyası mövzu ilə bağlı açıqlama verib:


"Post-pandemiya dövründə yenidən canlanmış turizm sektorunda mövsüm dəyişikliyi ilə daha da intensivləşmə müşahidə olunur. Təəssüf ki, belə olduğu halda sektora maraq artdığından dələduzluq halları da çoxalır. Səyahət etmək istəyən vətəndaşlar indiki dövrdə çox daha ehtiyatlı olmalıdırlar".


Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyası İctimai Birliyi vətəndaşların tur şirkəti seçərkən hansı nüanslara diqqət yetirməli olduqlarını qeyd edib:


"Belə dələduzluq hallarından qorunmaq üçün tur paket alarkən fəaliyyətindən əmin olduğunuz şirkətlərə müraciət etmək lazımdır.  Vətəndaşlar müraciət etdiyi şirkətin vergi ödəyicisi olub-olmadığına diqqət edə, şirkətin reputasiyası haqqında araşdırma edərək daha güvənli səyahət edə bilərlər. O cümlədən, şirkətin ofisi ilə maraqlana bilərsiniz. Ödənişi şirkətin ofisində etməyiniz tövsiyə olunur. Ödəmə qəbzlərini mütləq saxlayın və "card to card" ödəniş növünə, nəğd ödəmə zamanı isə qəbz almağa üstünlük verin. Seçmək istədiyiniz tur paketlərin reallığı barəsində operatrlarla maraqlanmaq dələduzluq hallarından qorunmaq üçün ata biləcəyiniz addımlardan biridir".


Qeyd edək ki, 2021-ci ildən fəaliyyət göstərən Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyası İctimai Birliyinə şirkətlər haqqında məlumat toplamaq üçün müraciət edə biləriniz.


Paylaş :

Oxşar məqalələr

call us Zəng et whatsapp Whatsapp