Turizmdə Avqust Ayından Gözləntilər Böyükdür
“Milliyet”in xəbərinə görə, bu mövsüm 42 milyon turist və 35 milyard dollar gəlir hədəfi ilə hərəkət etdiklərini açıqlayan Mədəniyyət və Turizm Naziri Mehmet Ersoy Rusiya ilə Ukrayna arasındakı müharibə mühitinə baxmayaraq il sonu turist sayının 47 milyona çatdığını, gəlir hədəfinin isə 37 milyard dollar olduğunu ifadə etdi. Türkiyə 45 milyonu xarici turist olmaqla 52 milyon turisti qəbul edərkən, pandemiyadan əvvəlki son dövr olan 2019-cu ildə 34,5 milyard dollar gəlirlə rekorda imza atıb.Türkiyə bütün dünyada pandemiya problemi, müharibə təsirləri və iqlim böhranının yaşandığı mühitdə hədəfini yenidən nəzərdən keçirərək yeni rekorda imza atdığını açıqlayıb. Türkiyənin əsas turizm bazarları olan Rusiya və Ukraynanın yoxluğuna rəğmən bazar müxtəlifliyi sayəsində bu rekord hədəfə addım-addım irəliləyir.
Qiymətlər yüksəkdir.
Yüksək xərclər və inflyasiya mühiti səbəbindən bu mövsüm yerli turistlər üçün tətil qiyməti artıb. Yerli turistlərin bu oxda ən uyğun variantı taparaq tətilə getdiyi görülsə də, avqust ayında da tələbat yüksəkdir. Jolly İdarə Heyətinin sədri Mete Vardar qeyd edir :
“2021-2022-ci illərdə oteldə yerləşmə qiymətləri inflyasiya və xərclər səbəbindən artdı. Hazırda mövsümün ən qızğın dövründə olduğumuz üçün bu dövr üçün qiymətlərin digər dövrlərə nisbətən daha yüksək olduğunu və hər şey daxil konseptli oteldə yerləşmə də daxil olmaqla adambaşı 700-1000 TL-dən başladığını söyləmək mümkündür".
Paylaş :