Dünya Turizm Təşkilatından açıqlama


Dünya Turizm Təşkilatının verdiyi açıqlamada artan əhəmiyyətli iqtisadi və geosiyasi problemlərə baxmayaraq, dünya turizminin güclü canlanma nümayiş etdirdiyi qeyd olunub. Təşkilat tərəfindən yayımlanan Dünya Turizm Barometer datalarına əsasən, beynəlxalq turizmdə 2022-ci ilin ilk beş ayında güclü bir bərpa və canlanma müşahidə olunub və təxminən 250 milyon beynəlxalq gəliş qeydə alınıb. 2021-ci ilin yanvar-may dövründə bu rəqəm təxmini 77 milyon olub.


DTT-nin baş katibi Zurab Pololikaşvili bildirib:

"Dünyanın bir çox yerində turizmin dirçəliş sürəti artır və turizm sektoru qarşıya çıxan çətinlikləri dəf edir".


Hesabatda fikirlərinə yer verilən Pololikaşvili arxayın olmamalı olduğumuza işarə edərək, 2022-ci ilin qalan hissəsində sektora təsir edə biləcək iqtisadi dəyişiklər və geosiyasi çətinliklər ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.


Türkiyə də daxil olmaqla bir çox ölkə pandemiyadan əvvəlki gəlir səviyyəsinə yenidən çatdı.


Sektordakı canlanmaya uyğun olaraq turistlərin etdiyi xərclər və ölkələrin turizm gəlirləri də artır. Fransa, Almaniya, İtaliya və ABŞ-dan gələn turistlərin xərcləmələri pandemiyadan əvvəlki səviyyələrin 70-85 faizinə çatıb. Hindistan, Səudiyyə Ərəbistanı və Qətərdən gələn turistlərin xərcləri 2019-cu ilin səviyyəsini keçib. Bildirilir ki, Moldova Respublikası, Serbiya, Seyşel adaları, Rumıniya, Şimali Makedoniya, Sent-Lusiya, Bosniya və Herseqovina, Albaniya, Pakistan, Sudan, Türkiyə, Banqladeş, Salvador, Meksika, Xorvatiya və Portuqaliyanın gəlir səviyyələri pandemiyadan əvvəlki vəziyyətinə tam çatıb.


Paylaş :

Oxşar məqalələr

call us Zəng et whatsapp Whatsapp