Bu il Azərbaycandan Ankaraya səfər edənlərin sayı açıqlanıb


Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyənin paytaxtı Ankaraya 16 530 nəfər səfər edib.


ZCOACH travel “Report” -a istinadən xəbər verir.


Hesabat dövründə Ankaraya ümumilikdə 2,423 milyon turist gəlib ki, bu da, illik müqayisədə 17,9 % çoxdur. Bunun 2,174 milyonu yerli (ötən ilin eyni dövrünə nisbətən 16,1 % çox), 249 min nəfəri isə xarici (35,3 % çox) olub.


Eyni dövrdə Türkiyənin paytaxtına ən çox İraqlı turistlər (28,136 min nəfər) gəlib. Onu İran (22,057 min), Azərbaycan (16,53 min) və ABŞ (11,854 min) izləyib.


Ankara Ticarət Palatasının (ATO) sədri Gürsel Baran bildirir:


  “İlk 3-lükdə olan ölkələr ən çox səhiyyə xidməti alan əcnəbi xəstə sayı sıralamasında da ilk 10 ölkə arasında yer alır. Yaxın coğrafiyada yerləşən ölkələr səhiyyə xidməti almaq üçün bir çox üstünlükləri olan Ankaranı seçirlər”.


Paylaş :

Oxşar məqalələr

call us Zəng et whatsapp Whatsapp