Səyahətə hazırlaşırsınızsa, bunları MÜTLƏQ bilməlisiniz
Səyahət etməyə yeni başlayanlar çox zaman müxtəlif çətinliklərlə üzləşə bilirlər. Əgər problemsiz və güvənli bir şəkildə səyahət etmək istəyirsinizsə, aşağıdakı səyahət ipucularını bilməyiniz vacibdir:
-Səyahət etmək üçün uyğun fəsil seçin. Hansı mövsümdə olduğunuz səyahət edərkən ağılda tutulmalı ən vacib şeylərdən biridir. Yanlış seçilmiş mövsümdə istədiyiniz mənzərələri görə bilməmə ehtimalınız yüksəkdir, misal üçün şəlalələr. O cümlədən, çantanızı da mövsümə uyğun yığmalısınız.
-Bütün sənədlərinizi özünüzlə götürün. Viza, xarici pasport, şəxsiyyət vəsiqəniz kimi vacib sənədləri götürdüyünüzdən əmin olun. Sənədlərinizi itirmək ehtimalına qarşı bu tipli sənədlərin kopyalarını da özünüzlə daşımaqda fayda var. Sənədlərin şəkillərini çəkib elektron versiya kimi telefonunuzda da daşıya bilərsiniz.
-Viza tələbləri ilə tanış olun, çünki hər vizanın fərqli tələbləri və özünəməxsus siyasəti olur. Diqqətlə hamısını gözdən keçirin.
-Google-da axtarış edərək məkan haqqında məlumat əldə edin. Hər bir yerin bəlkə də xəbərdar olmadığınız spesifik xüsusiyyətləri olur. Beləliklə, google-da axtarış etsəniz, yer haqqında bütün məlumatları əldə edəcəksiniz. Bu, həm əyləncəlidir, həm də sizi problemlərdən qorumağa kömək edəcək.
-Səyahət çantanıza ağrı kəsici və plastr kimi ilkin yardıma lazımlı ləvazimatlar əlavə edin.
-2-3 ay öncədən bilet sifarişi etmək daha ucuz başa gəlməsinə gətirib çıxarır.
-Olduğunuz yeri ailə və dostlarınızla bölüşün.
-Hər ehtimala qarşı özünüzlə quru qida götürün.
-Bəzi bölgələrin özünəməxsus festivalları olur. Səyahəti daha maraqlı etmək üçün səfərinizi festivallar müddətinə planlaya bilərsiniz.
-Səyahət edəcəyinizi istifadə etdiyiniz bank xidmətinə öncədən xəbər edin. Əks təqdirdə bank kartınız bloklana bilər. Əlavə bank kartı götürmək kartınızın itmə ehtimalına qarşı çox faydalı ola bilər.
-İctimai nəqliyyatdan istifadə etmək tövsiyə olunandır. Bu, təkcə ucuz deyil, həm də yerli mühit haqqında daha çox məlumata sahib olmanıza vəsilə olacaq. Taksilərdən məcbur olmadıqca qaçın, çünki qiyməti artıq demə ehtimalları yüksəkdir.
-Pulunuzu çantada bir neçə yerə qoyun, o cümlədən, üzərinizdə də pul daşıyın. Çantanızın itmə ehtimalına qarşı bu taktika effektivdir. Xərcləmələrinizə diqqət edin. Qənaət etmək əladır , amma normal və sağlam yeməklərlə qidalanın ki, xəstəxanaya əlavə xərciniz çıxmasın. ;)
-Yerli əhalinin adətlərinə, dininə hörmətlə yanaşıb onların mental dəyərlərinə uyğun davranın.
-Rahat geyimlər götürün.
-Başqa səyahətçilərdən məsləhət ala bilərsiniz. Amma sırf başqası bəyənmir deyə bir yerə getməkdən imtina etmək obyektiv qərar deyil, çünki zövqlər fərqlidir. Misal üçün, normalda bütün parkları gəzən bir səyyah bir parkı bəyənmədiyini deyirsə, belə rəyləri ciddiyə almağa dəyər.
-Ünsiyyətcil olmağa çalışın. İtdiyiniz zaman dövlət işçilərinə və ya turist informasiya nöqtələrinə müraciət edə bilərsiniz. Yerli yaşlı nəsil nümayəndələri də sizə yardımçı ola bilər.
-Mobil datadan istifadəni dayandırıb, otelin öz internetindən istifadə edin. Çünki belə həm daha sürətlidir, həm də internetə xərciniz çıxmır.
-Google Translate-dən istifadə edin və yerli dilə aid lazımlı ifadələri öyrənməyə çalışın. Misal üçün, "yolu göstərə bilərsiniz?","haradadır?", "itmişəm", "salam/sağol" və s.
-Yerli turist polisinin nömrəsini özünüzdə saxlayın. Demək olar ki, hər turistik bölgənin turist polisi mövcud olur. Güvəndə olmaq üçün onların nömrəsini kontaktınızda saxlayın və hara səyahət edəcəyinizi bildirin.
-Qayda və cəzalar haqqında məlumatlanın. Getdiyiniz ölkənin qanunları sizinkindən fərqli ola bilər.
-Turistik ərazidə yemək yeməyin, orada qiymətlər normalda olduğundan daha baha olacaq.
Paylaş :