Avqustun 1-dən bu bölgədən Bakıya uçuşlar çoxalacaq
Novosibirskdən Bakı istiqamətində olan yüksək tələblərə görə İraero uçuşların tezliyini həftədə ikidən beşə çatdırmaq qərarına gəlib.
Trend.az-a istinadən, şirkətin mətbuat xidmətindən bildirilib."2022-ci il avqustun 1-dən etibarən "İraero Hava Yolları" Novosibirsk - Bakı (Azərbaycan) - Novosibirsk marşrutu üzrə həftədə 5 dəfə beynəlxalq uçuşlar həyata keçirəcək. Uçuşlar bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri Superjet 100 təyyarələri ilə həyata keçiriləcək.
Bir- gediş biletinin qiyməti - 17.000 rubldan başlayır.
Qeyd edək ki, İraero Novosibirskdən Bakıya birbaşa uçuşlar həyata keçirən yeganə aviaşirkətdir.
Paylaş :