DÜNYADA İLK SƏYAHƏT BLOQU (Dünyanı Dövr Etdi)


İyirmi beş il əvvəl cəsarətli bir səyyah batareya ilə işləyən noutbukla dünyanı dövrə vurdu və dünyanın səyahət tərzini həmişəlik dəyişdi. Dünyadakı ilk səyahət bloqu əslən amerikalı, ən çox satılan müəllif, fotoqraf və monoloqist olan Jeff Greenwald tərəfindən paylaşılıb. O, yazdığı məqalədə ilk blog təcrübəsindən belə bəhs edir:


"İyirmi beş il əvvəl internet dövrünün başlanğıcında mən təyyarəyə addım atmadan dünyanı - Oklenddən (Kaliforniya) dünyanı dövr vurub eyni yerə qayıtmaq üçün səyahətə çıxdım. Yolda mən kiçik bir möcüzəyə nail oldum- World Wide Web-də dərc olunan ilk səyahət bloq yazılarını yüklədim.1993-1994-cü illərdəki 9 aylıq qlobal səyahətim zamanı məqsədim O'Reilly Media (məşhur elmi data bələdçiləri dərc edən şirkət)  səyahətimin cürbəcür dayanacaqlarından real həyat hekayələri göndərməmi tapşırmışdı. Səyahət zamanı mən  ilk ultra portativ laptoplardan birini daşıyırdım".


Jeff Greenwald əlavə edir:


"O'Reilly (onlayn versiyası olan ilk şirkətlərdən biri) Qlobal Şəbəkə Naviqatoru adlı vebsayt yaradıb.O, mənim göndərdiklərimi öz saytında “Böyük Dünya” adı altında xəritədəki yer ilə  əlaqələndirirək yerləşdirməyi planlaşdırırdı. Ölkələrin üzərinə tıklayanda hekayəyə keçid edə bilərdiniz. Həmin günlərdə internet saytlarının sayları məhdud idi, lakin daha öncə heç kim internetdə səyahət gündəlik blogları paylaşmamışdı. Beləliklə, mən elə bir dünyaya getdim ki, hətta e-poçt belə hələ yenilik idi. Noutbukda yazmaq asan idi, çətin hissə məlumatları Dakar və Lhasa kimi uzaq bölgələrə göndərmək idi. İlk hekayəm Meksikanın Oaxaka ştatından 1994-cü il 6 yanvarda göndərilmiş "Yüz Nanosaniyəlik Yalnızlıq" adlı hekayə idi". 


O, ilk bloqun yazılma çətinliyini bölüşdü:


"Bunu "Böyük Dünya"ya göndərməyim 2 gün çəkdi.1994-cü ildə bloq göndərmək bir macəra idi: bu, məni normal səfər zamanı axtarmayacağım insanlarla ünsiyyət qurmağa məcbur etdi. 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində müxtəlif onlayn jurnallar üçün göndərişlər dərc etməyə davam etdim. Amma özümü peşəkar blogger kimi tanıdmaq ağlımdan da keçmirdi. Mən heç vaxt özümü “brend etmək” və ya nisbətən kiçik, lakin qabaqcıl elektron izimlə bağlı böyük səs-küy yaratmağı düşünməmişəm" 


Jeffin bloqu hazırki milyonlarla səyahət bloqunun banisidir. Hazırda isə 68 yaşlı Jeff Greenwald Oklənd, Kaliforniyada yaşayır.



Paylaş :
call us Zəng et whatsapp Whatsapp