Bayramda Antalyada


Türkiyənin dünyaca məhşur turizm bölgəsidir. Çimərliklərin təmizlik göstəricisi olan Mavi Bayraqlı çimərlikləri ilə Antalya turizmin cənnət bölgəsi hesab edilir.Alanya, Side, Belek, Kaş, Kalkan, Kemer və Manavgat bölgələri ilə birlikdə dünyanın hər yerindən insanları özünə cəlb edir. Bura möhtəşəm yay kurrort məkanı olmaqla yanaşı min illiklərə dayanan tarixi abidələri ilə turistləri heyran etməyi bacarır. Antalya komfortlu və sakit istirahəti sevənlərlə yanaşı çılğın həyatı sevənlər üçün cə möhtəşəm məkandır. Kemer, Alanya və Sidenin gecə həyatı, rəngarəng əyləncələri ilə yay müddəti 24/7 hər kəsə möhtəşəm anlar yaşadır.



Antalyanın gəziləcək yerləri;

1. Antalya Olimpos: Təbii gözəlliyi ilə sanki bir cənnətdir. Kemer şəhərindən 28 kilometr uzaqlıqdakı Kumluca şəhərindəki Olimposda tarixi və təbiət sevənlərin vazkeçilməz bölgəsidir. Roma və Helenik dövrlərindən talan tarixi abidələri ilə

Olimposu Antalyada görmək gəzmək istədiyini yerlərin siyahısına mütləq salmalısınız.

2. Düden şəlaləsi: Antalyanın gözəlliyi ilə turistləri cəlb edən gözəl bir inci. Muratpaşa kəndində yerləşən bu gözəl məkan restoran, əyləncə mərkəzi və ayrıca heyvanat bağçası ilə turistlərə gözəl anlar bəxş edir


3. Fosforlu mağara: Alanyada yerləşən Fosforlu mağara Antalyada görməli olduğunuz yerlərdən biridir. Kiçik qayıqla mağaraya daxil olub yay üçün möhtəşəm olan buz kimi sularda üzə bilərsiniz.


4. Ceneviz kəndi Antalyada görməli olduğunuz yerlərdən biridir. Olimpos bölgəsinə yaxın olan kənd təbiət qoynunda və şəffaf sularda istirahət istəyənlər üçün ideal seçimdir.


5. Aspendos Antik teatrı: Yunan əfsanələrinə görə Troya döyüşündən sonra inşa edilən teatr indiyədək tarixin izlərini özündə qoruyur. Antalyanın Serik ilçəsində yerləşən antik məkanı siyahıya əlavə edin.


6. Apollon məbədi: Antalyanın tarixini bütün ehtişamı ilə görə biləcəyiniz məkan. Yunan mifalogiyasında işıq tanrısı Apollonun adına inşa edilmiş məbəd sizi heyran edəcək. Yolunuz Sideyə düşsə ziyarət edin.


7. Kekova Batmış şəhəru: Sahildən 500 metr aralıqda yerləşən adada Antalya tarixinin bir incisi olan kekova Batmış şəhərini görmək olar.


8. Sapandere Kanyonu: Alanyada yerləşən kanyon, Antalyanın təbiət incisidir. Təbiət qoynunda gəzməyi sevirsinizsə bura da səfər edin.


9. Hadrian Kapısı Antalya tarixinin ən özəl tikililərindən biridir. 130-cu ildə Roma imperatoru Adrianın şərəfinə ucaldılmış tikilidir. Bura Antalyanın ən çox ziyarət edilən tarixi məkanlarındandır. 
10. Köprülü Kanyon Milli Parkı Antalya tətilində fərqli bir istiqamət. Burada raftinq və kano idman növlərinin həyəcanını yaşaya bilərsiniz.


11. Antalya Akvariumu, 5 milyon litr su dolu möhtəşəm məkan. Böyüklüyünə görə Avropanın 2-ci və dünyanın 5-ci akvariumu olan bu məkanda 20 mindən çox balıq və dəniz canlısı yaşamaqdadır. Ailənizlə səyahət edirsinizsə, mütləq buranı uşaqlarınıza göstərməlisiniz.


12. Çavuşköy, Kumlucada yerləşən bir təbiət gözəlidir. Roma dövründə liman kimi istifadə olunan bölgə indi təbiətdən zövq almağı sevənlərin məskənidir.


13. Konyaaltı Plajı,Kilometrlərlə uzunluqda ictimai çimərlikdir. Mavi bayraqlar dalğalanan çimərlik, Antalyada insanların ən çox olduğu məkanlardandır.


14. Side Antik Tiyatrosu 17 min insan tutumu ilə Antalya tarixinə böyük bir mirasdır. Gəzməyi sevirsinizsə burada səfər edin.


15. Firnaz kəndi – Antalyanın ən gözəl kəndlərinin sıralamasını hazırlasaq Firnaz kəndi ilk 3-lükdə olar. Əminliklə qeyd etmək olarki bura çox özəl bir istirahət məkanıdır.


16. Sorgun çimərliyi, Sidedə yerləşən çimərlik xüsusi qorunaraq, tərtəmiz suları ilə insanların istirahətini unudulmaz edir. Turistlərin ən çox üstünlük verdiyi çimərliklərdəndir.


17. Magydos Antik Kenti 2400 illik tarixi ilə Antalyanın maraqlı tikililərindəndir. Maraqlı olma səbəblərindən biri odurki, eramızdan əvvəl 4-cü yüzillikdə bu kəntdə su xətdi və hamam mövcud olmuşdur.


18. Phaselis çimərliyi mavi və yaşılın sintezi ilə dunyada unikal bölgələrdəndir. Kəmər bölgəsində yerləşən çimərlik insanlara təbiət qoynunda zərif istirahət bəxş edir.


19. Kadıini Magarası təxminən 20 min il əvvəl Antalyada insanların yaşadığına nişanədir. Alanyada yerləşən mağara astmadan əziyyət çəkənlərə şəfa verdiyi deyilir


20. Karain Mağarası Türkiyənin təbii mağaraların ən böyüklərindən və ən qədimilərindəndir. Tarixi 500 min ilə dayanan Karain Mağarası tarixin izlərini özündə qoruyub saxlaya bilmişdir.


REZERV UCUN;

https://zct.az/tours/164-bayramda-antalyada-


Paylaş :

Oxşar məqalələr

call us Zəng et whatsapp Whatsapp